BUZLAQ DAŞLARI

buzlaqların fəaliyyəti nəticəsində girdələnmiş və cilalanmış, bəzən də üzərində cızıqlar olan bərk süxur qırıntılarından ibarət daşlardır. Şimali Amerika və Avropanın şimal hisəsəsində diametri 10 m və daha artıq olan B.d. vardır.
BUZLAQ ÇÖKÜNTÜLƏRİ
BUZLAQ DİLİ
OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Bobrovıye daşları
Bobrovıye daşları — Komandor adalarının tərkibinə daxil olan adadan ibarət olan qrup. Mednı adasının şimal-şərqində yerləşir. Adalar Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adalar öz növbəsində hündür qayalıqlardan ibarətdir. Çəkilmə zamanı adalar bir-biri ilə birləşir. Mednı adası ilə aralarında olan boğaz çəkilmə zamanı belə mövcudluğunu saxlayır. Boğazın eni 0,2 km təşkil edir. Adalar bir km məsafədə uzanır. Gilli çimərliklərlə birlikdə uzunluğu 1,3 km-dir.
Boris daşları
[[Şəkil:Belarus-Polatsk-Boris_Stone.jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Belarus-Polatsk-Boris_Stone.jpg%7Cthumb%7C[[Müqəddəs Sofiya kafedralı (Polotsk)|Müqəddəs Sofiya kafedralinin]] yaxınlığında Boris daşı. Polatsk, Belarusiya]] Boris daşları (belar. Барысавы камяні, rus. Борисовы камни ) və ya Dvina daşları (rus. Двинские камни ) — Belarusun Polotsk və Drissa şəhərləri arasında, Dauqava sahillərində tapılmış orta əsrlərə aid 7 maddi tapıntı. Bu ərazidə xristianlıqdan əvvəl yaşanılsa da, daşlar XII əsrə aiddir və üzərində yazı və Məsihin təsviri var. Daşların ən böyüyünün çevrəsi 17 metrdir. == Tarix == Bu daşlar 16-cı əsrdə Maçey Striykovski tərəfindən izah edilsə də, onları ilk dəfə elmi diqqətə çatdıran 1818-ci ildə Corc von Kankrin idi. Kankrin, Orşa yaxınlığındakı bir daş üzərində aşağıdakı yazını aşkarladı: “1171-ci ildə, martın 7-də bu xaç tamamlandı. Rəbb, xahiş edirəm digər adı Borisin oğlu Roqvolod olan qulunuz Bazilə kömək edin." Sonralar Borisin adını daşıyan bir neçə başqa daş da aşkar edildi.
Böyrək daşları
Böyrək daşları - böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. == Əlamətləri == Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır. Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi ?Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür. Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər: Həddən artıq proteinli qida məhsulları Duzlu qidalar Şokolad Bəzi göyərtilər Həddən artıq çay və kofe Digər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan su içməlidir.
Bəzək daşları
Bəzək daşları - yüksək sərtliyi, gözəl rəngi, yaxud naxışları ilə seçilən, cilalanan və pardaxlanan şəffaf, rəngsiz və rəngli qiymətli, yarımqiymətli minerallar və süxurlar. Zərgərlikdə, bədii və dekorativ məmulatlar hazırlanmasında istifadə edilir. Bəzək daşları üç sinifə bölünürlər: I sinifə – nefrit, lazurit, sodalit, amozonit, rodonit, malaxit, avanturin, dağ billuru, kvars, əqiq, yəşəm, vezuvian, çəhrayı kvars və b.; II sinifə — lepidolit, serpentin, selenit, obsidian, mərmər oniks, diatomit, fluorit, kəhrəba və s.; III sinifə — gips, mərmər, porfirlər, bəzi kvarsitlər, labrodorit, aqalmatolit, steatit və b. daxildir. == Həmçinin bax == Kiçik Qafqaz Zərgərlik Daş Salahlı bentonit gili == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dropa daşları
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. == Tarixçə == === Kəşf olunması === 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. “Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir.
Pobiti daşları
«Pobiti daşları» (bolq. Побити камъни, «Побитые камни», «Daş meşə», «Diliktaş» — türk. dikili taş) — Bolqarıstan ərazisində qayalı-daşlı ərazi. Ərazi Varna şəhərindən 18 km kənarda, Varna-Sofiya yolu yaxınlığında yerləşir. Pobiti daşları Devnya şəhəri, eləcə də Slınçevo, Banovo və Straşimirovo kəndləri arasında yerləşir. Böyük və kiçik qruplar halında toplaşan bu daşlıq ərazinin sahəsiс 13 km²-dir. Ərazi hündürlüyü 5-7 metr, yoğunluğu 0,3-3 metr olan daş sütunlardan ibarətdir. Sütunların təməli çox da möhkəm deyil. Daş sütunların meydana gəlməsi haqqında bir neçə hipotez mövcuddur. Onlar əsasən iki qrupda birləşir: orqanik və qeyri orqanik mənşəli hipotezlər.
Tatami daşları
Tatami daşları (畳石, Tatami-ishi) – Yaponiyanın Okinava prefekturasının Kumecima şəhəri yaxınlığında yerləşən təbiət abidəsi. Kume adasının cənub-şərqindəki kiçik O adasının cənub sahilində, Kumecima Prefektural Təbiət Parkında yerləşir. Təbiət abidəsi bir-birindən nazik sərhədlərlə ayrılmış pentaqonal və heksaqonal qayalardan ibarətdir. Hər qayanın diametri 1–1,5 metrdir. Qayalar şimaldan cənuba 50 metr boyunca, qərbdən şərqə isə 250 metr uzunluğunda uzanır. Miosen dövründə andezitik lavanın soyuyaraq sütunvari yığılmasından əmələ gəlmişdir. Abidə tatami otaqlarına bənzədiyi üçün belə adlandırılıb. Bəzən isə tısbağa qınındakı kiçik sipərlərə bənzədilir. 1967-ci ildə Ryukyu hökuməti tərəfindən Milli Abidə kimi təsdiqlənmişdir. 1971-ci ildə imzalanan Okinava Reverziya Müqaviləsindən sonra Prefektural Mədəni Abidə statusu almışır.
Unkov daşları
Unkov daşları — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Vladivostokndan 50 km cənub-şərqdə, Naxodkandan 40 km qərbdə yerləşir. Ada uzaq Şərq araşdırmaçısı, rus admiralı İvan Unkovun şərəfinə adlandırılmışdır. İnzibati baxımından Primorsk diyarı Fokino şəhər dairəsinə daxildir. Askold boğazının tən ortasındadır. Dörd kiçik adacıqdan ibarətdir. Onlardan üçü gilli dilllərlə bir-birinə birləşir. Adadan 720 m şimal-şərqdə Balkani daşı yerləşir. Adaların ümumi sahəsi 5,84 ha və ya 0,0584 km²-dir. Əsasən qayalıqdan ibarətdir.
Xaç daşları
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər. 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq — sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Kanzas buzlaq epoxası
Kanzas buzlaq epoxası (rus. Канзасская ледниковая эпоха., ing. Kansan İce Age) (ABŞ-də Kanzas, Kansac ştatı adından götürülüb) — Erkən Pleystosen buzlaq mərhələsidir. Şimali Amerika düzənliklərində ayrılmışdır. Təxminən alp stratiq-rafik sxeminin Mindel buzlaşması ilə müqayisə edilir.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Sartan buzlaq epoxası
Sartan buzlaq epoxası (rus. Сартанская ледниковая эпоха, ing. Sartan Ice Age) — son Pleystosenin axırlarında Sibir dağlarında sonuncu dağ buzlaşması, Taymırda və Putorana platosunda isə örtük buzlaşmasının inkişaf epoxası. Bəzən vahid Son Pleystosen /Zıryan/ buzlaşmasının axırıncı mərhələsi kimi başa düşülür.